Dünya Qadın Seriyasında oyunlar dayandırıldı

Dünya Qadın Seriyasında oyunlar dayandırıldı

Bu gün Şanxayda start götürən basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının final mərhələsinin növbəti oyunları müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, buna səbəb Şanxayda başlayan güclü yağışdır. Oyunların başlama vaxtı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, komandamız B qrupundakı ilk görüşündə Kanadaya uduzub, Niderlandın U-25 millisinə qalib gəlib. Basketbolçularımız Rumıniyanın “Rapid” klubu ilə də üz-üzə gələcək. Matçın saat 16:45-də keçiriləcəyi planladırılmışdı.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da ciddi itki

Növbəti yazı

“İmişli”dən ev qələbəsi