Dünya çempionu vəfat etdi
İngiltərə milli komandası ilə 1966-cı ildə dünya çempionu olan Corc Koen ölüb. O, 83 yaşında vəfat edib.
1956-1959-cu illərdə “Fulhem” formasında 459 matçda oynamış Koen zədə səbəbindən 30 yaşında karyerasını bitirmişdi. Klubu 2016-cı ildə dünya çempionatının 50 illiyi şərəfinə futbolçuya stadionun önündə heykəl ucaldıb.