Dünya çempionu 45 yaşında futbola döndü
Braziliya millisinin sabiq futbolçusu Denilson de Oliveyra futbola dönüb. O, 45 yaşında karyerasını bərpa edib.
Yarımmüdafiəçi Braziliyanın 7-ci liqasında çıxış edəcək. Millisi ilə dünya çempionu olan Oliveyra “İbis”lə müqavilə imzalayıb.
Qeyd edək ki, Denilson 1996-2003-cü illərdə Braziliya yığmasının şərəfini qoruyub. Yarımmüdafiəçi 1997-ci ildə Amerika Kuboku ilə Konfederasiyalar Kubokunun, 2002-ci ildə isə dünya çempionatının qalibi olub.