Dünya çempionatlarını qəbul edəcək ölkələr bəlli oldu

Dünya çempionatlarını qəbul edəcək ölkələr bəlli oldu

Qadın futbolçular arasında DÇ-2031 və DÇ-2035-in ev sahibləri bəlli olub. Bunu FİFA prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, mundiala 2031-ci ildə ABŞ, 2035-ci ildə Böyük Britaniya ev sahibliyi edəcək. Hər iki turnir üçün yalnız bir namizəd olduğu və bununla bağlı müraciətlərin qəbul müddəti bitdiyi üçün ev sahibləri indidən bəllidir.

Qeyd edək ki, 2027-ci ildə qadınların dünya çempionatı Braziliyada keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Juninyodan uğurlu debüt

Növbəti yazı

Qauşo 7-ci dəfə “Fluminense”də