Dünya çempionatlarında ilk dəfə
DÇ-2022 tarixi hadisə ilə əlamətdar olub. Dünya çempionatlarında ilk dəfə Afrika təmsilçisi yarımfinala yüksəlib.
Bu uğura Mərakeş yığması imza atıb. 1/4 finalda Portuqaliya ilə görüşən afrikalılar 1:0 hesablı qələbə qazanıb.
1930-cu ildən keçirilən mundiallarda Afrika təmsilçiləri heç vaxt yarımfinal həyəcanı yaşamamışdı. Üç dəfə onlar 1/4 finalda dayanmışdı. 1990-cı ildə Kamerun, 2002-ci ildə Seneqal, 2010-cu ildə Qana bunu bacarıb.