Dünya çempionatının iştirakçıları dəqiqləşdi

Dünya çempionatının iştirakçıları dəqiqləşdi

Klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib. Turnirə sonuncu vəsiqəni “Fluminense” qazanıb.

Braziliya klubu Libertadores kubokunu əldə edib. Yarışın digər iştirakçıları daha əvvəl bəlli olub.

İngiltərənin “Mançester Siti”, Meksikanın “Leon”, Yaponiyanın “Urava Red Daymonds”, Misirin “Əl-Əhli”, Yeni Zelandiyanın “Oklend Siti” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubları da mundialda mübarizə aparacaq.

Avropa və Cənubi Amerika təmsilçiləri yarışa yarımfinaldan başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Cessika finalda

Növbəti yazı

“Milan”dan 11 ilin uğursuzluğu