Dünya çempionatının bombardiri bəlli oldu
Dünya çempionatının final matçı keçirilir. Argentina Fransa ilə qarşılaşır.
Matçın əsas və əlavə vaxtı 3:3 hesablı bərabərliklə yekunlaşıb. “Üçrənglilər”in bütün qollarını Kilyan Mbappe vurub. O, bununla da, DÇ-2022-dəki qollarının sayını 8-ə çatdırıb. Beləcə fransalı superulduz mundialın bombardiri adına yiyələnib.