Dünya çempionatında qrup mərhələsi başa çatdı
ABŞ-də keçirilən klublararası dünya çempionatında qrup mərhələsi başa çatıb. Mərhələnin son günündə 2 görüş təşkil olunub.
H qrupunda III turun oyununda Madrid “Real”ı Avstriya “Zalsburq”u ilə qarşılaşıb. Görüş ispanların darmadağını ilə yekunlaşıb – 3:0.
Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu isə Meksika “Paçuka”sini 2:0 hesabı ilə məğlub edib.
Nəticədə aktivində 7 xal olan “Real” və onlardan 2 xal geri qalan “Əl Hilal” qrupda ilk pillələri tutaraq, pley-off mərhələsinə yüksəliblər. “Zalsburq”la (4) və “Paçuka” (0) isə mundialla vidalaşıblar.
Beləliklə, qrup mərhələsinin yekununa əsasən, 1/8 final cütləri dəqiqləşib.
Dünya çempionatı
1/8 final
28 iyun
20:00. “Palmeyras” (Braziliya) – “Botafoqo” (Braziliya)
00:00. “Benfika” (Portuqaliya) – “Çelsi” (İngiltərə)
29 iyun
20:00. PSJ (Fransa) – “İnter Mayami” (ABŞ)
00:00. “Flamenqo” (Braziliya) – “Bavariya” (Almaniya).
30 iyun
23:00. “İnter” (İtaliya) – “Fluminense” (Braziliya)
1 iyul
05:00. “Mançester Siti” (İngiltərə) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)
23:00. “Real Madrid” (İspaniya) – “Yuventus” (İtaliya)
2 iyul
05:00. “Borussiya” (Dortmund, Almaniya) – “Monterrey” (Meksika)











