Dünya çempionatı ilə bağlı bölgü

Dünya çempionatı ilə bağlı bölgü

Klublararası dünya çempionatında konfederasiyalara verilən yer sayı dəqiqləşib. 2025-ci ildən yeni formatda keçiriləcək yarışla bağlı bölgünü FİFA-nın mətbuat xidməti açıqlayıb.


Avropa turnirdə 12 komanda ilə təmsil olunacaq. Cənubi Amerikaya 6, Asiya, Afrika, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsinin hərəsinə 4, Okeaniyaya 1 yer verilib. 32-ci yer isə ev sahibi ölkəyə ayrılıb.
Qeyd edək ki, 2025-ci ildən klublararası dünya çempionatında 32 komanda iyun-iyul aylarında qüvvəsini sınayacaq.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqası matçı azarkeşsiz keçiriləcək

Növbəti yazı

“Barselona” Fatinin transfer qiymətini qaldırdı