Dünya çempionatı baş tutmaya bilər

Dünya çempionatı baş tutmaya bilər

32 komandanın iştirakı ilə klublararası dünya çempionatının keçirilməsi sual altına düşüb. Avropa klubları 2025-ci ildə ABŞ-da təşkil olunması planlaşdırılan yarışa qatılmaqdan imtina edib.

Bu ideyanı reallaşdırmaq istəyən FİFA Avropa Klublar Assosiasiyası ilə görüşüb. Lakin klubların sərt mövqeyinə bələd olan FİFA prezidenti Canni İnfantino bu məsələni gündəlikdən çıxarıb. Bir müddət əvvəl UEFA da bu yeniliyə qarşı çıxıb. Bu, klublararası dünya çempionatının ləğvinə səbəb ola bilər. 

Qeyd edək ki, FİFA-nın dörd ildə bir dəfə keçirmək istədiyi yarışın mükafat fondu 150 milyon funt sterlinq təşkil etməli idi.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul” Meddisonu istəyir

Növbəti yazı

Günün kuponu – 14.12.2022