Dumfrisin durumuna aydınlıq gəldi
“İnter”in yarımmüdafiəçisi Denzel Dumfrisin durumuna aydınlıq gəlib. O, zədəyə görə ən azı dörd oyunu buraxacaq.
Dumfris 9 noyabrda A Seriyasında “Latsio”ya qarşı keçirilən oyunda (2:0) topuq nahiyəsindən xəsarət alıb.
“La Gazzetta dello Sport”un məlumatına görə, Dumfrisin zədəsi əvvəl düşündüyündən daha ciddi çıxıb. “İnter”in yarımmüdafiəçisi növbəti 4 oyunu – “Atletiko”, “Piza”, “Venesiya” və “Komo”ya qarşı görüşləri dəqiq buraxacaq.
Qeyd olunur ki, Dumfris daha çox oyun buraxa bilər. İlin sonuna qədər meydana çıxmaması da istisna edilmir.












