Dumfris qərarını verdi
Denzel Dumfris qərarını verib. Niderlandlı futbolçu “İnter”i tərk etməyəcək.
O, klubla yeni müqavilənin detallarını razılaşdırıb. Dumfris milanlılarla 2028-ci ilin yayına kimi sözləşmə imzalayacaq. Müdafiəçi yeni şərtlərə görə illik 4 milyon avro qazanacaq.
Qeyd edək ki, niderlandlı “Mançester Yunayted”in maraq dairəsinə düşüb. Bu səbəbdən “İnter” Denzellə gələn il bitəcək müqaviləni yeniləmək qərarına gəlib.