Droqba prezidentliyə namizəd oldu
“Çelsi” və “Qalatasaray”ın sabiq futbolçusu Didye Droqba karyerasını yeni vəzifədə davam etdirə bilər. O, Fil Dişi Sahili Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.
44 yaşlı keçmiş hücumçu tək namizəd deyil. Ondan başqa daha 5 nəfərin namizədliyinin qeydə alındığı bildirilir.
Qeyd edək ki, seçki aprelin 23-də olacaq. Didye Droqba yerli klublardan dəstək almadığı üçün seçkilərdə favorit hesab edilmir.