Drinkuoter “Lester” arzusunda
Denni Drinkuoter klub axtarışındadır. 33 yaşlı yarımmüdafiəçi “Lester”ə qayıtmaq istəyir.
O, 2022-ci ilin yayından azad agent statusuna malikdir. Denni “Çelsi”dən əvvəl oynadığı klubda çıxış etmək arzusundadır.
Drinkuoter 2021/22 mövsümündə “Redinq”ə icarəyə verilib. O, 33 matçda 1 qol vurub.