Dreksler ərəblərlə anlaşdı
PSJ-nin daha bir futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Yulian Dreksler asiyalılarla anlaşıb.
Yarımmüdafiəçi yaxın müddətdə Fransa klubunu tərk edəcək. O, “Əl-Əhli” ilə müqavilə imzalayacaq.
Drekslerin keçidində PSJ də maraqlıdır. Futbolçunun xidmətinə ehtiyac duymayan parislilər onu ötən mövsüm “Benfika”ya icarəyə vermişdi.