Dovbik üçün xüsusi mükafat
“Jirona”nın formasını geyinmiş ukraynalı hücumçu Artyom Dovbikə mükafat verilib. O, La Liqanın 2023/24 mövsümünün ən yaxşı bombardiri üçün təsis olunmuş mükafata layiq görülüb.
“Roma”nın formasını geyinən futbolçu İspaniyanın məşhur “Marca” nəşri tərəfindən ən yaxşı forvard adına layiq görülüb.
Qeyd edək ki, 27 yaşlı hücumçu ötən mövsüm İspaniya çempionatında 24 dəfə fərqlənib. Mövsümün ən yaxşı məşqçisi üçün təsis olunmuş mükafat isə “Jirona”nı çalışdıran Miçelə verilib.