Dorsi yenidən NBA-da

Dorsi yenidən NBA-da

Tayler Dorsi karyerasını NBA-da davam etdirəcək. “Olimpiakos”un sabiq müdafiəçisi “Dallas”la müqavilə imzalayıb.

26 yaşlı basketbolçunun anlaşması ikitərəfli qaydada bağlanıb. O, üç ildən sonra NBA-ya qayıdıb.

Dorsi bu müddətdə Təl-Əviv “Makkabi”si və “Olimpiakos”da çıxış edib.

Tayler NBA-da “Atlanta” və “Memfis”də ümumilikdə 104 matç keçirib. O, orta hesabla 6,7 xal, 2,3 ribaund və 1,3 ötürməyə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Ronaldonun rekordu qırıldı

Növbəti yazı

PSJ-nin qapıçısına İngiltərədən təklif