Dorqu “Mançester Yunayted”də
“Mançester Yunayted” Patrik Dorqunun transferi üçün “Leççe” ilə razılığa gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, “qırmızı şeytanlar” futbolçu üçün 30+5 milyon avro ödəməli olacaq. Dorqu yeni komandası ilə 5 illik müqavilə imzalayıb.
Futbolçu İngiltərə təmsilçisinin heyətində 13 nömrəli forma altında oynayacaq.
Qeyd edək ki, “Leççe”nin yerirməsi olan 20 yaşlı futbolçu cari mövsümdə çıxış etdiyi 23 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.