Dorqu “Mançester Yunayted” yolunda
“Mançester Yunayted” Patrik Dorqunu heyətinə qatmağa yaxındır. Klub onun transferi üçün “Leççe” ilə razılığa gəlib.
Tərəflər arasında razılaşmaya əsasən, “qırmızı şeytanlar” futbolçu üçün 30+5 milyon avro ödəməli olacaq.
Futbolçu sabah tibbi yoxlanışdan keçmək üçün İngiltərəyə yollanacaq.
Dorqu yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.