Dörd ildə 11-ci baş məşqçi
“Uotford”un yeni baş məşqçisi müəyyənləşib. İngiltərə klubunu Valeryen İsmael çalışdıracaq.
Bununla da komanda qeyri-adi göstəriciyə imza atıb. İsmael son 4 ildə “Uotford”un 11-ci baş məşqçisidir. 2019-cu ildən sonrakı dövrdə onadək 10 çalışdırıcı bu vəzifəni tutub.
“Uotford” Çempionşipi 11-ci yerdə başa vurub.