Donnarumma müqaviləni uzatmaq istəmir
Canluici Donnarumma PSJ-nin yeni müqavilə təklifinin şərtləri ilə razı deyil. 26 yaşlı qapıçı maaşının artırılmasını istəyir.
Fransa klubu isə bu rəqəmin dəyişməz qalmasının tərəfdarıdır. Tərəflər arasında anlaşma 2026-cı ilin yayında başa çatacaq.
“Mançester Siti” bu vəziyyətdən yararlanmaq niyyətindədir. Baş məşqçi Pep Qvardiola qolkiperi komandasında görmək istəyir.
Qeyd edək ki, qapıçının indiki maaşı illik 12,7 milyon avro təşkil edir.