Donnarumma İtaliya yolunda
PSJ-də ayrılıq yaşanmağa yaxındır. Komandanın qapıçısı Canluici Donnarumma ölkəsinə qayıda bilər.
Paris təmsilçisi Donnarumma ilə müqavilə müddətini artırmaq niyyətində deyil. O, qışda PSJ-ni tərk etməyi planlaşdırır. Onun sabiq komandası “Milan”a qayıdacağı ehtimal edilir.
Belə ki, “rossonyerlər” Mayk Menyanı iddialı klublardan birinə sataraq, onu məhz PSJ-nin qolkiperi ilə əvəzləmək istəyir.