Donnarumma ilin qapıçısı seçildi

Donnarumma ilin qapıçısı seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2025-ci ilin ən yaxşı qapıçısını açıqlayıb.

Qurumun səsverməsinə əsasən, “Mançester Siti”nin qapıçısı Canluici Donnarumma ilin ən yaxşı qolkiper seçilib.

İtaliyalı qapıçı 169 xal toplayaraq rəqiblərini böyük fərqlə geridə qoyub.

Səsvermədə Madrid “Real”ının qapıçısı Tibo Kurtua 65 xalla ikinci, “İnter”in isveçrəli qolkiperı Yan Zommer isə 59 xalla üçüncü pillədə qərarlaşıb. İlk beşlikdə həmçinin “Bavariya”nın təcrübəli qapıçısı Manuel Noyer (50 xal) və London “Arsenal”ının üzvü David Raya (40 xal) yer alıb.

ETOPAZ

Əvvəlki yazı

“Bolonya” finala yüksəldi

Növbəti yazı

İsak üçün növbəti mükafat