Donçiçdən məhsuldar seriya
Luka Donçiç mövsümün startında yüksək məhsuldarlığa imza atıb. “Dallas”ın lideri startda ardıcıl 8-ci oyunda 30 və ya daha çox xal toplayıb.
O, “Toronto” ilə qarşılaşmada (111:110) 35 xal toplayıb. Luka NBA tarixində bunu bacaran ikinci oyunçudur.
Yalnız əfsanəvi Uilt Çamberlen daha yaxşı seriyaya malikdir. O, 1962/63 mövsümündə ilk 23 matçda 30 və ya daha çox qol toplayıb. Uilt 1959/60 mövsümündə isə Donçiç kimi 8 oyunluq seriyaya nail olub.