Donçiçdən 60 ilin ən yaxşı göstəricisi
“Maveriks”in oyunçusu Luka Donçiç “Cazz”la matçda (103:100) 33 xal toplayıb. Bununla da, o, 60 ilin rekorduna imza atıb.
Donçiç 1962-ci ildən bəri startdakı yeddi oyunun hamısında 30 və ya daha çox xal toplayan ilk NBA oyunçusu olub. O, liqa tarixində belə seriyaya malik üçüncü basketbolçu adına yiyələnib.