Donçiçdən 50-ci tripl-dabl

Donçiçdən 50-ci tripl-dabl

“Dallas” NBA-da növbəti qələbəsini qazanıb. “Denver”lə qarşılaşan “Maveriks” 127:99 hesabı ilə qalib gəlib.

Luka Donçiç qarşılaşmanın qəhrəmanı olub. O, 33 xal, 12 ribaund və 11 ötürməyə imza atıb. “Dallas”ın ulduzu karyerasında 50-ci tripl-dablı rəsmiləşdirib.

O, buna 278-ci görüşündə nail olub. Əfsanəvi Mecik Conson 50-ci tripl-dablı 279-cu oyunda gerçəkləşdirmişdi.

NBA-da yalnız Oskar Robertson daha yaxşı göstəriciyə malikdir. Rekordçu 111 matçda 50 tripl-dabla imza atıb.

Donçiç liqanın tarixində “50”yə çatan 10-cu basketbolçudur. 23 yaşlı ulduz cari mövsüm orta hesabla 34,4 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Moyze Kin “Yuventus”da qalır

Növbəti yazı

PSJ-nin Ronaldo arzusu