Donçiçdən 44 xal, “Klippers” “qara zolaq”da
NBA-da müntəzəm çempionatın növbəti oyunları keçirilib. “Dallas” “Klippers”lə qarşılaşmada 144:126 (30:33, 47:18, 38:38, 29:37) hesabı ilə qalib gəlib.
Bu, Los-Anceles təmsilçisinin ardıcıl 4-cü məğlubiyyəti olub. “Maveriks”in ulduzu Luka Donçiç oyunun ən məhsuldar basketbolçusu kimi yadda qalıb. O, 44 xal toplayıb.
9 matçda 7 qələbə qazanan “Dallas” Qərb konfransında ikincidir. “Klippers” isə 3 qələbə ilə onuncudur.