Donçiç NBA tarixinə düşdü
“Dallas”ın oyunqurucusu Luka Donçiç daha bir uğura imza atıb. O, NBA tarixinə düşüb.
“Maveriks”in sloveniyalı basketbolçusu orta hesabla 33,9 xal, 9,2 götürmə və 9,8 ötürmə ilə ən yüksək nəticəyə imza atıb. Donçiç turnirin tarixində müntəzəm çempionatda 32 xal, 9 götürmə və 9 xal həddinə çatan ilk basketbolçu olub. Luka NBA-da keçirdiyi 6-cə mövsümdə bu uğura nail olub.