Donçiç məşqlərə başladı

Donçiç məşqlərə başladı

“Maveriks” xoş xəbər alıb. Komandanın ulduzu Luka Donçiç məşqlərə başlayıb.

O, NBA Qərb Konfransı finallarına yüksələn “Maveriks”ə kömək edə bilməyib. Donçiç yalnız mövsüm bitdikdən iki həftə sonra idman zallarına qayıda bilib.

Luka daha əvvəl Sloveniya millisinin heyətində iyunun sonunda dünya çempionatının seçmə mərhələsində və sentyabrda komandanın titulunu qoruyacağı “Eurobasket 2022″də oynamaq niyyətində olduğunu bildirib.

ETOPAZ

Əvvəlki yazı

Zidan PSJ ilə razılaşdı

Növbəti yazı

Onil “Leykers”in hədəfində