Donçiç ikinciliyə şərik oldua
“Dallas” Qərb Konfransı finalının 4-cü oyununda “Qolden Steyt”lə qarşılaşıb (119:109, 1-3). Luka Donçiç görüşdə 30 xal, 14 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
23 yaşlı basketbolçu karyerasında 17-ci dəfə pley-offda 30+ xal toplayıb. O, bu göstəricidə yalnız “Leykers”in hücumçusu Lebron Ceymsdən geri qalır. Ceymsin aktivində 23 və ya daha kiçik yaşda 30+ xalla daha çox – 21 pley-off oyunu var.
Sloveniyalı bu göstəricidə Kobe Brayant və Kevin Durantla bərabərdir (hər ikisi 17).