Donçiç dördüncü dəfə “100”ü yarıladı
“Dallas” “San-Antonio” üzərində çətin qələbə qazanıb. 126:125 hesablı qalibiyyətdə Luka Donçiçin böyük payı olub.
O, 51 xal toplayıb. 23 yaşlı sloveniyalı son 5 matçda üçüncü, karyerasında dördüncü dəfə 50 və ya daha çox xal yığıb.
Qeyd edək ki, bu, “Dallas”ın ardıcıl 6-cı qələbəsi olub.