Disasiyə İtaliyadan müştəri
“Çelsi”nin müdafiəçisi Aksel Disasi komandanı tərk edə bilər. O, karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Fransalının xidmətində “Yuventus” maraqlıdır.
Turin təmsilçisi transferi yanvar ayında reallaşdırmağı planlaşdırır.
Qeyd edək ki, “Çelsi” Aksel Disasini ötən ilin yayında “Monako”dan transfer edib.