Disasi Türkiyə nəhənginin hədəfində
“Çelsi”nin müdafiəçisi Aksel Disasi komandanı tərk etməyə yaxındır. O, Türkiyənin “Fənərbaxça” klubunda çıxış edə bilər.
“Sarı-lacıvərdlilər”in baş məşqçisi Joze Mourinyo 26 yaşlı oyunçunu diqqət mərkəzində saxlayır. İstanbul klubu qış “transfer pəncərəsi”ndə keçidi həll etməyə çalışacaq.
Qeyd edək ki, Aksel Disasi “Çelsi”yə 2023-cü ilin avqustunda “Monako”dan keçib.