Diniyev: “Sabah xalqımızı sevindirə bilərik”
Azərbaycan millisi sabah AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə qarşılaşacaq. Görüşdən bir gün əvvəl keçirilən mətbuat konfransında iştirak edən yığmamızın futbolçusu Coşqun Diniyev fikirlərini açıqlayıb:
“Milli komandada oynamaq mənim üçün şərəfdir. Legioner həyatı yaşamaq qərarı verməyim milli ilə bağlıdır. Hər zaman millidə oynamaq istəmişəm. Türkiyə və Azərbaycan futbolunu müqayisə etmək istəməzdim. Potensialımı yüksəltmək üçün yaxşı olacaq. Ümidvaram ki, sabah yaxşı nəticə ilə xalqımızı sevindirə bilərik. Atletik cəhətdən fərq var arada. Məndə ən böyük mənfilərdən biri idi. Klubumda keçdiyim məşqlərdən sonra özümü daha yaxşı hiss edirəm. Belçika kimi komandaya qarşı atletik cəhətdən hazır olmalısan ki, yaxşı nəticəyə ümid edək”.