“Difai” – “Hypers Guba” matçının vaxtı və yeri açıqlandı

“Difai” – “Hypers Guba” matçının vaxtı və yeri açıqlandı

2025/26 mövsümündə I Liqada çıxış etmək uğrunda pley-off oyununun yeri və vaxtı dəqiqləşib. Bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Cari mövsüm I Liqada 9-cu yeri tutan klubla II Liqada 4-cü olan komanda arasında matç mayın 28-də keçiriləcək. “Difai” ilə “Hypers Guba” arasında qarşılaşma “ASCO Arena”da baş tutacaq. Oyun saat 16:00-da başlayacaq.

Matçla əlaqədar mayın 26-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq. Tədbir saat 11:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Fernandu Santuş: “Onlar gələcəkdə şans qazanacaqlar”

Növbəti yazı

“Sumqayıt”dan böyükhesablı qələbə