Dieqo Kostanın müqaviləsinə xitam verildi

Dieqo Kostanın müqaviləsinə xitam verildi

“Atletiko Mineyro” və futbolçusu Dieqo Kosta yollarını ayırıb. Bunu Braziliya klubunun mətbuat xidməti açıqlayıb.

Müqaviləsi 2022-ci ilin sonunda başa çatmalı olan hücumçu ilə anlaşmaya 33 yaşlı oyunçunun təşəbbüsü ilə xitam verilib.

Ötən ilin avqustunda Braziliya klubuna keçən Kosta 19 matçda 5 qol vurub. O, ölkə çempionu və kubokun qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

35 oyunluq seriya qırıldı

Növbəti yazı

Hardendən antirekord