Dieqo Kosta özünə klub tapdı
Dieqo Kostanın yeni klubu bəlli olub. İspaniya millisinin sabiq hücumçusu karyerasını Braziliyada davam etdirəcək.
34 yaşlı forvard “Botofoqo”ya keçib. O, yeni klubu ilə 2023-cü il dekabrın 31-dək nəzərdə tutulan müqavilə imzalayıb.
Kostanın son klubu “Vulverhempton” olub. O, ötən mövsümün sonunda İngiltərə təmsilçisini azad agent kimi tərk edib.