Dieqo Kosta klubsuz qaldı
Dieqo Kosta şərəfini qoruduğu “Atletiko Mineyro” klubundan ayrılıb. 34 yaşlı forvardın müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.
Kosta azad agent statusu alıb. “Atletiko”, “Çelsi” kimi klublarda da oynamış Dieqo “Atletiko Mineyro” ilə bu mövsüm Braziliya A Seriyasını və ölkə kubokunu qazanıb. O, bu komandada keçirdiyi 19 matçda 5 qol vurub.