Didye Deşam: “Qarşımızda çox inadkar komanda olacaq”
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını keçirəcək. Komandamız Fransa yığması ilə qarşılaşacaq.
Oyundan öncə keçiriləm mətbuat konfransında qonaqların baş məşqçisi Didye Deşam iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Dezire Due və başqaları da burada yoxdur. Amma biz dünya çempionatına vəsiqə qazanmışıq. Bu da bizi rahatlaşdırır. Sabahkı matç üçün 22 oyunçumuz var. Qarşımızda isə çox enerjili və inadkar komanda olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz qələbə qazanmaqdır. Kilian topuğunda problemləri var idi, davam edir. Ona görə də onu millidən buraxdım, “Real”ın tibbi heyəti Mbappe ilə məşğul olacaq. Risk etmək istəmirik. Artıq mundiala vəsiqə qazanmışıq. 22 futbolçumuz buradadır, onların da məqsədi aydındır”.













