Didye Deşam: “Onların itirəcəyi heç nə yoxdur”
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını keçirəcək. Komandamız səfərdə Fransa yığması ilə qarşılaşacaq.
Oyundan öncə meydan sahiblərinin baş məşqçisi Didye Deşamın mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Biz bütün rəqiblərimizə hörmət edirik. Azərbaycanlı futbolçular Ukrayna ilə son ev oyununda qazandıqları nəticə (1:1) sayəsində milli ruha sahibdirlər. Onların itirəcəyi heç nə yoxdur. Meydanda bütün güclərini ortaya qoyacaqlar. Meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmamalıyıq. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdi. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Üstəlik, rəqibin heyətində Çempionlar Liqasında uğurlu start götürən “Qarabağ”ın 7 futbolçusu yer alıb. Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik. Çünki meydanda hər şey əleyhimizə dəyişə bilər”.
Qeyd edək ki, Fransa – Azərbaycan görüşü oktyabrın 10-da “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.












