Dibala zədələndi
“Roma”da ciddi itki baş verib. Komandanın hücumçusu Paulo Dibala Avropa Liqasının pley-off mərhələsinin “Portu” ilə matçında (1:1) zədələnib.
Argentinalı forvard birinci hissənin sonunda əvəzlənib. Onun zədəsinin ciddiliyi hələlik məlum deyil. Dibala 2022-ci ildə “Yuventus”dan azad agent kimi paytaxt komandasının sıralarına qoşulub. O, bu mövsüm 29 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
31 yaşlı forvardın “Roma” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub