Dibala və Morata “Çelsi” ilə matçda oynamayacaq

Dibala və Morata “Çelsi” ilə matçda oynamayacaq

“Yuventus”un zədəli futbolçuları Paulo Dibala və Alvaro Moratanın durumlarına aydınlıq gəlib. Bunu İtaliya klubunun baş məşqçisi Massimiliano Alleqri açıqlayıb.

O, “Sampdoriya” ilə A seriyasının oyunundan (3:2) sonra hücumçuların meydana nə vaxt dönəcəyi barədə danışıb. Alleqri bildirib ki, Dibala və Morata ən azı növbəti iki oyunu buraxacaq.

Onlar Çempionlar Liqasının “Çelsi” və A seriyasının “Torino” ilə görüşlərində iştirak edə bilməyəcəklər. Mütəxəssis hər iki futbolçunun milli komandaların oyunları ilə bağlı fasilədən sonra sıraya dönəcəyinə ümid etdiyini vurğulayıb.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” antirekordun bir addımlığında, Alleqri “400”ə çatdı

Növbəti yazı

Hurkaçdan mövsümün 3-cü çempionluğu