Dibala “Roma”da

Dibala “Roma”da

Paulo Dibalanın yeni komandası müəyyənləşib. Argentina millisinin üzvü “Roma”ya keçib.

“Yuventus”dan ayrıldıqdan sonra azad agent olan 29 yaşlı hücumçu bu gün “canavarlar”la 3+1 illik müqavilə imzalayacaq. Ulduz futbolçu tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün komandanın təlim-məşq toplanışında olduğu Portuqaliyaya yollanıb.

“İnter”ə keçidi son anda baş tutmayan cənubi amerikalıya “Roma”da 10 nömrəli formanın verilməsi gözlənilir.

Qeyd edək ki, Paulo Paulo 2015-ci ildən bəri formasını geyindiyi “Yuventus”un heyətində 293 oyun keçirib, 115 qol, 48 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan çempionunun Avropa Liqasındakı mümkün rəqibi bilindi

Növbəti yazı

Konfrans Liqasında klublarımızın rəqibləri müəyyənləşdi