Dibala millidən kənar qaldı
Argentina millisi itki ilə üzləşib. İtaliya “Yuventus”unun hücumçusu Paulo Dibala yığmanın qarşıdakı oyunlarını buraxacaq.
27 yaşlı futbolçu millinin oktyabrdakı matçları üçün ilkin heyətdə yer alsa da, tibbi müayinədən sonra onun zədəsinin tam sağalmadığı üzə çıxıb. Argentina millisi bu ay DÇ-2022-nin seçmə mərhələsində üç matça çıxacaq. Dibalanın komandası oktyabrın 8-də Paraqvay, 11-də Uruqvay, 15-də Peru ilə qarşılaşacaq.