Diaz qərarını verdi
İcarə əsasında “Milan”da çıxış edən “Real”ın yarımmüdafiəçisi Brahim Diaz qərarını verib. O, İtaliya klubunda qalmaq niyyətindədir.
Tərəflər yaxın vaxtlarda futbolçunun transferi ilə bağlı danışıqlar aparacaq. Daha öncə madridlilərin Diazı geri qaytarmağı planlaşdırdığı bildirilirdi.