Di Mariyaya Portuqaliyadan təklif

Di Mariyaya Portuqaliyadan təklif

PSJ-nin futbolçusu Anhel di Mariya daha bir klubun maraq dairəsinə düşüb. Argentinalı yarımmüdafiəçi karyerasını Portuqaliyada davam etdirə bilər.

Yayda müqaviləsi başa çatan futbolçu azad agent statusu alacaq. “Benfika” bundan yararlanmağa qərar verib.

Lissabon təmsilçisi sabiq oyunçusunu geri qaytarmağı planlaşdırır. Lakin bunun üçün cənubi amerikalı daha aşağı maaşa razılaşmalıdır. “Benfika” indi ildə 13 milyon avro qazanan futbolçuya eyni maaşı ödəmək gücündə deyil.

Qeyd edək ki, di Mariya 2007-10-cu illərdə “Benfika”da çıxış edib. O, PSJ-yə 2015-ci ildə keçib.

ETOPAZ

Əvvəlki yazı

Beyl “Osasuna” ilə oynamayacaq

Növbəti yazı

“Qarabağ”dan əzmkar qələbə, derbidə sülh