Di Mariyanın “Yuventus” qərarı
Yarımmüdafiəçi Anxel Di Mariya “Yuventus”la bağlı qərarını verib. O, karyerasını burada davam etdirməyə hazırdır.
Argentinalı bu mövsümün sonunda komanda avrokuboklara vəsiqə qazanmasa belə, Turin klubunda qalacaq. Daha əvvəl yarımmüdafiəçi ilə “Atletiko”nun maraqlandığı bildirilirdi.