Di Mariya “Yuventus”da
Anxel Di Mariyanın “Yuventus”a keçidi rəsmiləşib. Bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
PSJ-dən ayrılan argentinalı yarımmüdafiəçi Turin təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 34 yaşlı cənubi amerikalı ildə 6 milyon avro qazanacaq.
Qeyd edək ki, Anxel PSJ-də keçirdiyi 7 mövsümdə 295 oyunda 93 qol vurub.