Di Mariya “Yuventus”da qalır
“Yuventus”un futbolçusu Anxel di Mariyanın taleyinə aydınlıq gəlib. Argentinalı yarımmüdafiəçi İtaliya klubunda qalacaq.
Tərəflər bununla bağlı ilkin razılıq əldə edib. Turin klubu futbolçu ilə müqaviləni 2024-cü ilin yayına qədər uzadacaq. Anlaşmanın son detalları razılaşdırıldıqdan sonra rəsmən açıqlanacaq.
Qeyd edək ki, di Mariya mövsümün 24 matçında 8 qol və 7 assistə imza atıb.