Di Mariya yenidən “Benfika”da
Anxel Di Mariyanın yeni klubu bəlli olub. O, “Benfika”ya dönüb.
Futbolçu azad agent kimi komandaya qoşulub. Son mövsümü “Yuventus”da keçirən yarımmüdafiəçi bir illik müqavilə imzalayacaq. Sabah Di Mariyanın təqdimetmə mərasimi keçiriləcək. 35 yaşlı futbolçu 2007-2010-cu illərdə “Benfika”da çıxış edib.